SON XƏBƏR

Hamilə olduğunu doğuşdan bir gün qabaq bildi

May 19
09:27 2017
Amerikada Amanda Francis adlı qadın iki aylıq hamilə olduğunu öyrəndikdən 24 saat sonra uşağını dünyaya gətirib. 26 yaşlı Amanda menustrasiyası gecikdiyi üçün 5 ayda 6 dəfə hamiləlik testindən keçib.
 
Onlardan hamısının nəticəsi neqativ olduğu üçün qadın heç narahat olmayıb. Hamiləliyindən xəbərsiz işdə hamıdan çox işləyən, 8 aylıq hamilə ikən qayaya dırmaşan və hətta nərdivanlardan yıxılan Amanda sadəcə özünü bir qədər şişkin hiss edirmiş. Gənc ana duyğularını bu sözlərlə anladıb: "Uşaq doğmaqdan qorxurdum. Amma hər zaman uşaq sahibi olmaq istəyir5dim. Hamilə olduğumu öyrəndiyim zaman şok oldum. Bu qədər ani inkişaf edəcəyi ağlımın ucundan da keçməzdi”.
 
Ənənəvi həkim yoxlamasına gedəndə qan testindən keçən Amandaya 2 aylıq hamilə olduğu söylənib. Hamiləliyin şoku bəs etmirmiş kimi, 24 saat sonra doğum sancıları başlayıb. Uşağını itirdiyini düşünən qadın xəstəxanaya getdiyi zaman ultrason müayinəyə salınıb. Qadın özünü pis xəbər eşitməyə hazırlasa da, ona doğumun başladığı bildirilib. Qeysəriyyə əməliyyatı ilə dünyaya gələn körpənin cinsiyyəti oğlan olub.
 
Musavat.com



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook