SON XƏBƏR

Hakim partiyanın sədri də istefa verdi - Cənubi Koreyada iqtidar dağılmağa başladı

Dekabr 16
12:05 2024
Cənubi Koreya parlamenti ikinci cəhddə Prezident Yoon Seok Yeolun impiçmentini dəstəklədikdən sonra Han Dong Hoon hakim Vətəndaş Gücü Partiyasının sədri vəzifəsindən istefa verib.

"AzPolitika” "Yonhap” agentliyinə istinadla xəbər verir ki, bu barədə o, dekabrın 16-da Seulda keçirdiyi mətbuat konfransında bildirib.

Xanın sözlərinə görə, o, buraxılan ali şuranın dağılmasısəbəbindən artıq partiya lideri ola bilməz. O, həmçinin impiçment qərarından narazı qalan tərəfdarlarından üzr istəyib.

Dekabrın 14-də Cənubi Koreya parlamenti ölkə Prezidenti Yoon Seok-yeolun vəzifəsindən uzaqlaşdırılmasına səs verib.

İmpiçmenti 300 deputatdan 204-ü dəstəkləyib, 85-i əleyhinə səs verib. Bu, impiçment üçün səs vermək üçün ikinci cəhd idi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook