Hakim “iclasa vaxtında başlayın” deyən vəkili 500 manat cərimələdi
Fevral 15
01:11
2022
Abşeron rayon məhkəməsinin hakimi Elman Məmmədov vəkil Qanqa İbrahimovu 500 manat cərimələyib.
HİT.az xəbər verir ki, bu barədə vəkil məlumat yayıb.
"Hakimdən vəzifəsini yerinə yetirməsini istəyirəm, onun katibi vasitəsilə mənə "zalda gözləsin, yarım saata zala düşəcəm" ismarıcına, gözləyə bilməyəcəyim cavabını verirəm, hakim isə iki dəqiqə keçməmiş zala gələrək mənə qəzəblənir ki, sən niyə deyirsən ki, iclası vaxtında başlayın?!
Elman Məmmədov onun rahatlığını pozmağıma o qədər qəzəblənmişdi ki, bunu gizlədə bilmirdi. Məhkəmə iclasında həmin iş üzrə verdiyim ilk vəsatətimdə məni 500 manat cərimə etdiyini elan etdi! Düşünməyin ki, hakim bununla sakitləşə bildi. Xeyr.
Qlobal.az