SON XƏBƏR

Hakan Fidan HƏMAS liderinin dəfnində - Foto

Avqust 02
18:35 2024
Xəbər verdiyimiz kimi, iyulun 31-i İranda raket zərbəsi nəticəsində öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə dəfn edilib.

Anadolu Agentliyinin məlumatına görə, ötən gün Haniyənin cənazəsi Tehrandan Qətərin paytaxtı Dohaya gətirilib.

Haniyə ilə Məhəmməd ibn Əbdül-Vəhhab məscidində vida mərasimi baş tutub.

Daha sonra qılınan cənazə namazında Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani ilə yanaşı, Türkiyədən Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş, vitse-prezident Cevdet Yılmaz, xarici işlər naziri Hakan Fidan, MİT sədri İbrahim Kalın, siyasi partiyaların nümayəndələri və millət vəkilləri də iştirak edib.
 

 

 








Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook