SON XƏBƏR

Hafiz Hacıyevdən Qalib Salahzadəyə sərt sözlər: "Onu it kimi döymüşəm"

Yanvar 19
01:18 2023
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sabiq deputat Qalib Salahzadənin onun haqqında səsləndirdiyi "Hafiz Hacıyev o vaxt çıxıb televiziyada dedi ki, hacı Qalibi Nardaranda döymüşəm. Belə şey olmayıb. Allaha and olsun, nəinki Nardaranda döymək, Hafiz Hacıyev heç mənim adımı çəkə bilməz, on kilometrliyimə yaxın gələ bilməz…” fikirlərinə münasibət bildirib.

Partiya sədri Pravda.az-a açıqlamasında deyib ki, Qalib Salahzadə yalan danışır.

"Səviyyəsizin biridir. O vaxtlar balıq alveri ilə məşğul idi. Mən də müalicə olunan dövrdə onu it kimi döymüşəm. Qələt edir, avaranın biridir. Allahşükür Paşazadəyə arxayın olmuşdu. Allahşükür də onun kimidir. Bunlar heç vaxt Azərbaycan dövlətini sevməyiblər. Sən kimsən ki, yaxınına gələ bilməyim? Hafiz Hacıyev səni iti döyən kimi döydü. Oğru idin. Sən nədən danışırsan? Qələt edir, başını da daşa döyür. Bax, belə də yazın…”, - Hafiz Hacıyev bildirib.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook