SON XƏBƏR

Hafiz Hacıyev mitinq keçirəcək

Sentyabr 20
00:48 2016
"Müxalifətə pul verən hakimiyyət daxilində olan qüvvələrdir. Qərbin, Avropanın bu məsələdə çox cüzi rolu var. Onlar o qədər də pul vermirlər. Amma Milli Şuranı maliyyələşdirən nazirlər var. Prezident onları təcili həbs etdirməlidir ki, onlar niyə əllərindəki pulları belə insanlara verir."
 
Bu sözləri bu gün Musavat.com-a müsahibə verən Müasir Musavat partiyasının sədri Hafiz hacıyev deyib.
 
Daha sonra ölkədə sürətlə baş verən bahalaşmadan söz açan Hafiz Hacıyev partiyasının mitinq keçirəcəyini bildirib. 
 
"Mitinqdə şüarlarımız ondan ibarət olacaq ki, biz deyəcəyik prezidentə xəyanət edən adamlar kimlərdir. Onların adlarını açıqlayacağıq, şəkillərini sinəmizə vuracağıq. Həm də "Bahaçılığa son!” şüarı ilə çıxacağıq. Sağlıq olsun, zaman göstərəcək, siz jurnalistlər də şahid olacaqsız ki, Hafiz Hacıyev xalqını nə qədər çox sevir. İndi qayıtmışam, hər halda ciddi şəkildə öz mövqeyini ortaya qoyub, sözümüzü deyəcəyik"- deyə, Hafiz hacıyev vurğulayıb.
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook