SON XƏBƏR

Hafiz Hacıyev: “Hakimiyyətdə kök salan qüvvələrə qalib gəlməliyik”

Noyabr 05
08:47 2015
"Seçilən deputatlar parlamentdə ağızlarına saqqız alıb oturmasınlar. Heç olmasa millətin qayğısına qalıb, dövlətçiliyimizin gələcəyi, müstəqillyi naminə əllərindən gələni etsinlər və özləri üçün çalışmasınlar”.
 
Bu sözləri "Yeni Müsavat”a Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev keçirilən seçkiləri dəyərləndirərkən bildirib. Partiya sədri seçkilərin saxtalaşdırılması fikrinə tənqidlə yanaşıb: "Bəs necə olur, indi narazılıq edən sabiq deputatlar bundan əvvəl seçiləndə seçkiləri tanıyırdı, amma seçilməyəndə saxtakarlıq olduğunu iddia edirlər?! Gah da deyirlər ki, niyə yerimə qadın seçildi? Bir qədər ədalətli olmaq lazımdır. Parlamentdə olduqları dövrdə heç bir iş görmədikləri üçün bu dəfə seçilmədilər. Fikrimcə seçkilər tam sərbəst keçdi və hərə öz fikrini ifadə edə bildi. Yəni, seçicilər kimə istədilər ona da səs verdilər. Xalq tərəfindən kimlər azru edilibsə onlar da seçiliblər. Xalqın seçiminə hörmətlə yanaşmalıyıq. Arzu edək ki, seçilən deputatlar parlamentdə ağızlarına saqqız alıb oturmasınlar. Heç olmasa millətin qayğısına qalıb, dövlətçiliyimizin gələcəyi, müstəqillyi naminə əllərindən gələni etsinlər və özləri üçün çalışmasınlar. Vəziyyətə adevkat cavab verib, siyasi prosesləri dəyərləndirə bilsinlər, kiminsə orda sözçüsü olmasınlar.
 
Doğrudur, ölkəmizdə bir çox məsələrdə müəyyən nöqsanlar, çatışmamazqlıar var. Buna görə prezidentə hamımız kömək etməliyik, məhz bu zaman hakimiyytədə kök saklmış bəzi qüvvələrə qalib gələ bilərik”. Hafiz Hacıyev keçirilən parlament seçkilərində iştirak etməməsinin səbəbi barədə də danışıb: "Partiyamız belə qərara gəldi ki, parlament seçkilərində iştirak etməyək. Lakin buna baxmayaraq biz növbəti prezident seçkilərinə hazırlaşırıq. Bununla bağlı olaraq proqram da hazırlamışıq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook