SON XƏBƏR

Hadrut və Cəbrayılda daha 20 erməni hərbçinin cəsədi tapıldı

Yanvar 04
14:53 2021
Qarabağda erməni hərbçilərin cəsədlərinin axtarışı davam edir.

Qaynarinfo Ermənistan KİV-inə istinadən xəbər verir ki, yanvarın 3-də Cəbrayılda və Xocavəndin Hadrut qəsəbəsi də daxil ətraf kəndlərdə daha 20 hərbçinin cəsədi aşkar olunub.

Ümumilikdə, bu günə kimi tapılan cəsəd sayının 1170-dən çox olduğu bildirilir.

Hazırda Hadrut, Füzuli və Qubadlı istiqamətlərində axtarışlar davam edir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook