SON XƏBƏR

Hadı Rəcəbli qardaşını icra başçısı gətirir? - İDDİA

Fevral 26
09:51 2016
Lənkəran rayon İcra Hakimiyyətindəki çəkişmələr və yaranmış qruplaşmalar haqqında zaman-zaman ölkə mətbuatında yazılıb. Bu məlumatlarda rayon icra hakimiyyətinin basçısı Taleh Qaraşovun və himəyadarlıq etdiyi, vəzifə verdiyi qohumlarının villalarının, bahalı maşınlarının fotoları, rayonda baş verən korrupsiya və ruşvətxorluq əməlləri haqqında təfərrüatlar əksini tapıb.
 
Ölkədə baş verən sonuncu devalvasiyadan sonra yaranmış iqtisadi-sosial vəziyyətin agırlığına görə bildiyimiz kimi bir neçə rayonda vətəndaşlar tərəfindən etiraz aksiyaları keçirildi. Bu rayonlardan biri də Lənkaran idi. Yanvar ayının 12-də Lənkaran rayonunun Liman qəsəbə sakinlərinin bahalaşmaya etiraz olaraq Ələt-Astara yolunu bağlamaları Taleh Qaraşovu yenidən ölkə mətbuatının diqqətinə gətirdi.
 
Qlobal.az-ın etibarlı mənbəyə istinadən əldə etdiyi informasiyaya görə bu cür məlumatları mətbuata Qaraşovun rəqibləri ötürür. Məlumatlara görə Taleh Qaraşovun rəqibləri "AAAF İNŞAAT”-ın təsisçisi Tofiq Heydərov, rayon Maliyyə idarəsinin rəisi İqbal Rəcəbov (Hadı Rəcəblinin qardaşıdır) və Dövlət Yol Polisinin İmtahan Qeydiyyat Şöbəsinin rəisi Müşviq Rəhimovdur (Hadı Rəcəblinin xalasi ogludur). Rəcəbov, Heydərov və Rəhimov yaranmış əlverişli məqamdan istifadə edərək Qaraşovu rayon rəhbərliyindən uzaqlaşdırmaq üçün ciddi fəaliyyətə, kompromat savaşına başlayıblar.
 
Belə ki, məlum üçlüyün təsiri altında olan yerli icra hakimiyyətindəki mənbələrdən mütəmadi olaraq məlumatlar alınıb mediaya ötürülür. Verilən məlumata görə üçlüyü koordinasiya edən isə son günlər Prezident Aparatının kolidorlarında daha tez-tez görünən Lənkarandan deputat seçilmiş Hadı Rəcəblidir. Qardaşı İqbal Rəcəbovu rayon icra hakimiyyətinin başçısı vəzifəsində görmək arzusu ilə yaşayan Hadı Rəcəbli deyilənə görə mediada işıqlandırılmasını məsləhət görmədiyi informasiyaları ali rəhbərliyə özü şəxsən çatdırmaq niyyətindədir.
 
Mənbənin sözlərinə görə məlum son olaylardan sonra prezident administrasiyası tərəfindən ciddi xəbərdarlıq alan Taleh Qaraşov da situasiyanın fəqindədir və bütün mümkün vasitələrdən istifadə edərək rəqiblərinə qarşi ciddi müqavimət göstərir.
 
İqbal Rəcəblinin Lənkəran Maliyyə idarəsindəki maxınasiyaları barədə araşdırmalarımız davam edir. 
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook