SON XƏBƏR

Hacıqabul rayonunda "pambıq kəsiri"- Müəllimlərdən 5 manatdan pul yığımına start verildi

Oktyabr 12
19:06 2016
Azərbaycanda təhsil sektorunun acıcaqlı durumda olduğu hər kəsə aydındır. Təhsil nazirliyinin rəhbərliyindəki dəyişikliklər və dövlət tərəfindən həyata keçirilən təhsil islahatları gözlənilən nəticəni vermədi. Paytaxt Bakı şəhəri ilə müqayisədə əyalət rayonlarında təhsilin vəziyyəti daha biabırçı durumdadır. Təhsilin biabırçı durumda olduğu- daha doğrusu rüşvətin təhsildə tüğyan etdiyi rayonlardan biri də Hacıqabul rayonudur. 
 
Qeyd edək ki, bir neçə gün öncə Hacıqabul rayon təhsil şöbəsinin müdir müavini Balaxanım Ələskərova rayon müəllimlərinin bir qisminin pambıq yığımına cəlb edildiyini söyləmişdi. 
 
Qlobal.az-a verilən məlumata görə, artıq bu gündən etibarən Hacıqabul rayonunda fəaliyyət göstərən bütün müəllimlərdən 5 manatdan pul yığılmağa başlayıb. Bu tapşırığı isə Hacıqabul RİH-nin başçısı Əhməd Muxtarovun verdiyi deyilir. 
 
Məsələ ilə bağlı Hacıqabul rayon icra hakimiyyəti ilə əlaqə saxlasaq da telefonumuza cavab verən olmadı.
 
Qeyd edək ki, müəllimlərdən 5 manatın nə üçün yığıldığı gizli saxlanılsa da, bəzi məlumatlar əldə etmişik. Belə ki, yağıntılı hava şəraitinin olması və bu cür hava şəraitinin uzun müddət davam edəcəyi Hacıqabul rayonunda pambıq yığımına mənfi təsir göstərib. Buna görə də Hacıqabul RİH-nin pambıq planında ciddi kəsir yaranıb. İcra hakimiyyəti müəllimlərdən yığdığı pulların hesabına isə "pambıq planı"nı doldurmaq istəyir. 
 
Onu da qeyd edək ki, yaxın günlərdə rayonda fəaliyyət göstərən digər idarə və müəssisələrdən də pul yığımına başlanacağı istisna deyil.
 
Qlobal.az
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook