Hacıqabul gölü quruyub, yoxsa qurudulub?- Ekoloqdan açıqlama
Noyabr 18
12:32
2025
Azərbaycanın ən böyük göllərindən biri Hacıqabul gölünün qurumasının bəzi səbəbləri açıqlanıb.
Ekoloq Xosrov Musayev Qaynarinfo-ya açıqlamasında gölün kimlərsə tərəfindən qurudulduğu ehtimalını da irəli sürüb:
"Öncə bu araşdırılmalıdır ki, Hacıqabul gölü quruyub, yoxsa qurudulub? Gölə hardansa su gəlməlidir ki, qidalansın. Qidalanmasa, su haradan olacaq? Göl elə-belə yerdən əmələ gəlmir, ya altından qrunt suları qalxır, ya da kənardan su axını gəlir. Burada məqsəd nədir? Ola bilsin, kənardan gələn su axınının qarşısı kəsilib, suvarmada istifadə olunub. Urmiya gölü ilə bağlı da buna bənzər hadisə olmuşdu. Böyük sensasiya yaratmışdı. Gölü qəsdən qurutmuşdular. Suyun səviyyəsi aşağı düşən kimi duzluluq çoxalır. Sonra göl quruyur. Külək duzu onların yaşadığı əraziyə səpir, səhralaşma gedir. İndi Hacıqabul gölündə məqsəd nə olub, öncə bu araşdırılmalıdır".
Ekoloq hesab edir ki, gölü qidalandıran su mənbəyinin qarşısı kəsilib.

Xatırladaq ki, 16 kvadratkilometr ərazini əhatə edən, dərinliyi 5 metrə çatan Hacıqabul gölü quruyub.
Qlobal.az