SON XƏBƏR

Hacı Şahin Həsənli vəfat etdi

Mart 02
09:19 2023
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli dünyasını dəyişib.

Bu barədə ilahiyyatçının rəsmi feysbuk səhifəsində məlumat verilib.

"Böyük hüzn və kədərlə bildirmək istəyirik ki, bugün səhər saatlarında Hacı Şahin Həsənli dünyasını dəyişdi. İctimaiyyətə əlavə məlumat veriləcək", - 48 yaşlı din xadiminin səhifəsində bildirilib.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi infarkt səbəbindən həyatını itirib.

Allah rəhmət eləsin!
 
Qeyd edək ki, 48 yaşlı Hacı Şahin Həsənli "Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, eyni zamanda Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi idi.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook