SON XƏBƏR

Hacı Mazan iş adamını qətlə yetirib?

Fevral 01
19:21 2022
"İş adamı kimi tanınan əslən Masallıdan olan Hacı Mazan Zeynalov 1995-ci il də Azərbaycan Respublikasının sabiq Baş Prokuroru Eldar Həsənovun bağında, sabiq prokrorun qardaşı Ələkbər Həsənov ilə birlikdə Azərbaycanlı iş adamını silahla atəş açaraq qətlə yetiriblər”.

Bu barədə "Turan Tv” məlumat yayıb.

Məlumatda bildirilir ki, qətli ört-basdır etmək üçün Eldar Həsənov, Hacı Mazan Zeynalova və qardaşına köməklik edib və buna görə özünəməxsus bağ evində axran qalan günahsız vətəndaşı həbsə göndərib. İndiyə qədər bu məsələ ilə bağlı heç bir araşdırma aparılmayıb.

Sayt yazır ki, qətli günahsız insan boynuna qoyaraq onu həbs etdiriblər. Buna görə Hacı Mazan Zeynalov, Eldar Həsənova külli-miqdarda pul verdiyi məlumatlar arasında yer alır.

2020-ci ilin avqustun 13-də Eldar Həsənov vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək həbs edilib.
 


Rəsmi mlumata görə, maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Həbs olunduqdan sonra 17 avqust 2020-ci ildə səfir vəzifəsindən geri çağırılıb.

Bir neçə il əvvəl Eldar Həsənovun qardaşı Ələkbər Həsənovun ölkədən qaçdığına dair mətbuatda xəbərlər yayılmışdı. Onun adı özünü DTX polkovniki, general kimi təqdim edərək, baş həkimdən və digər şəxslərdən külli miqdarda pul alan dəstənin məhkəmə işində keçirdi.
 


Ələkbər Həsənov əvvəllər Daxili İşlər Nazirliyinin Narkobiznes İdarəsində işləyib.

Sonuncu iş yeri isə Vergilər Nazirliyinin Audit Departamentində olub. Onun barəsində mətbuatda xeyli sayda qalmaqallı məlumat verilib amma, Hacı Mazanın adı mətbuatda vaxtaşırı çəkilsə də, onunla bağlı ictimaiyyət o qədər də geniş bilgiyə malik deyil.

Məlumatda bildirilir ki, Ramazan Zeynalovu Paşazadələrlə bağlayan təkcə qohumluq əlaqələri deyil. Sovet dövründə R.Zeynalov, separatçılıq fəaliyyətinə görə uzun müddət həbsdə yatmış, azadlığa çıxdıqdan sonra isə Əlikram Hümbətov və Şeyxin qardaşı, hazırda Milli Məclisin üzvü olan Cavanşir Paşazadə cavanlıq illərindən dostluq ediblər.

Həmin dövrdə Ə.Hümbətov Lənkərandakı avtobazanın baş mühəndisi, R.Zeynalov isə həmin bazaya məxsus "KamAZ” markalı maşınlardan birinin sürücüsü olub.
Məlumatda qeyd olunur ki, həmin dövrlərdə Cavanşir Paşazadə Lənkərandakı çay fabriklərindən birində rəhbər vəzifədə işləyib.

R.Zeynalovun C.Paşazadə ilə bu gün də işbirliyində olmasını şərtləndirən məqamlardan biri də budur. Yəni R.Zeynalovun ilkin kapitalını formalaşdırmaq üçün təkcə C.Paşazadənin rəhbəri olduğu fabrikdən "KamAZ”la Bakıya, keçmiş Sovet respublikalarına çay daşıması kifayət etməzdi.

R.Zeynalovun sonradan Hacı Mazana çevrilməsi çayla yanaşı başqa çəkidə yüngül, qiymətdə ağır "strateji məhsullar”ın daşınması və bundan külli miqdarda vəsait əldə edilməsi hesabına olub. R.Zeynalov familiyası ilə yanaşı adının önündəki Ra-dan da imtina etməklə hazırda iş aləmində tanındığı "Hacı Mazan”a dönüb.
Hacı Mazan öldürdüyü sürücünün 50 min dollarını oğurlayıb?

Onun bioqrafiyasında olan və kimliyi haqda əlavə təsəvvür yaradan başqa bir məlumat 7 iyul 2010-cu ildə mətbuatda dərc olunub. Həmin vaxt qəzetlər yazmışdı ki, 6 iyul 2010-cu ildə Bakı-Astara yolunun 75-ci km-liyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yazılarda qeyd olunurdu ki, Bakıdan İran istiqamətinə hərəkət edən "Bayram M” firmasına məxsus "Az 10 AA 641” dövlət nömrə nişanlı "Mercedes Benz” markalı avtomaşın qarşı tərəfdən gələn "VAZ-2121” markalı, "Az 10 KL 322” dövlət nömrə nişanlı "Niva” avtomobili ilə toqquşub. Nəticədə "Niva”nın sürücüsü, Yardımlı rayonu, Mansurov küçəsi ev 5-də yaşayan, 1949-cu il təvəllüdlü Qurbanov Gülağa Ağa oğlu dünyasını dəyişib.

Araşdırmalar nəticəsində o da müəyyənləşib ki, "Mercedes Benz” markalı maşının sükanı arxasında "Bayram M” firmasının rəhbəri Ramazan Zeynalov özü olub və hadisəni də o özü törədib. Həmin vaxt hadisə qəzetlərdən birində bu cür təsvir edilib: "Araşdırmalar nəticəsində müəyyənləşdirə bildik ki, Ramazan Zeynalovun avtomobilində – Əhmədli qəsəbəsi, Sarayeva 20 ünvanında yaşayan, 1989-cu il təvəllüdlü Zəkəranlı Mətanət Ağabala qızı, elə həmin ünvanda qeydiyyatda olan 1950 təvəllüdlü Nuriyeva Qəmzə (Qənirə) Ərəstun qızı və hələlik adları bizə məlum olmayan bir neçə xanım olub. Hadisə şahidlərinin redaksiyamıza telefon açaraq bildirdiyi məlumatlarda göstərilir ki, hadisə zamanı "Niva” markalı avtomobilin sürücüsü ağır yaralansa da sağ olub. Amma Ramazan Zeynalov və onun yanındakılar "Niva”nın sürücüsü Qurbanov Gülağa Ağa oğlunu söyüşlərlə ağır təhqir ediblər və deyilənə görə onu döyüblər də. Yaralı sürücü onu xəstəxanaya çatdırılmasını xahiş etsə də, buna məhəl qoyan olmayıb”. Şahidlər bildirir ki, dünyasını dəyişən "Niva” markalı avtomobilin yaralı sürücüsü xəstəxanaya çatdırılsaydı, onun həyatını xilas etmək mümkün olardı. Ramazan Zeynalov isə ağır yaralını xəstəxanaya çatdırmaq əvəzinə onu təhqir edib və qanunu pozub”.
 


Mətbuat o dövrdə yazıb ki, hadisənin tam təfərrüatları bununla bitməyib: "Məlumata görə, Ramazan Zeynalov başqa xoşagəlməz hərəkətlər də törədib. Bildirilir ki, "Niva” markalı avtomobildə təxminən 50 min dollara yaxın pul olub. Ramazan Zeynalov bu pulu götürərək onun az miqdarını yol polislərinə verib. Böyük bir hissəsini isə özü götürüb. Lakin polislər bu pulu qəbul etsələr də, sonradan istintaqa təhvil veriblər. Onlar aldıqları pulu – təxminən 6 min dolları istintaqa təhvil veriblər”.

Göründüyü kimi, Hacı Mazanı yola bağlayan 2 məlumatın heç birində yol təmir tikintisindən söhbət getmir. Belə nəticəyə gəlmək olar ki, bu sahə Hacı Mazan üçün yenidir. Onun yol təmir-tikintisinə baş vurması mal daşımaqdan əl çəkməsi kimi qiymətləndirmək də olar.

Uzun müddətdir şəkərli diabet xəstəliyindən əziyyət çəkən "Hacı Mazan”ın səhhətində hal hazırda ciddi problemlər yaranıb.

"Hacı Mazan” Eldar Həsənov və Ələkbər Həsənov haqqında dövrü mətbuatda qalmaqallı şəxslərdən hesab olunurlar. Onların adı vaxtaşırı xoşagəlməz məsələlərlə gündəmə gəlir.(Turantv.az)

Yazıda adıçəkilən şəxslər iddialara münasibət bildirməyiblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook