SON XƏBƏR

Hacı Madər yalan danışır, yoxsa fikirləri təhrif olunub?

Dekabr 30
14:20 2017
Bu gün Modern.az saytına Milli Məclisin 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev müsahibə verib. 
 
Daim az danışmağa üstünlük verən biznesmen deputat müsahibəsində indiyə kimi heç bir xarici ölkədə olmadığını vurğulayıb. Sitat: "Mən indiyə kimi heç bir ölkəyə səfər etməmişəm. Heç bir ölkəyə səfər etməyi də xoşlamıram. Mənim üçün ən doğma yer vətənimiz Azərbaycandır. Ölkə hüdudları daxilində isə bütün vəzifəli və rəhbər şəxslərlə görüşmüşəm”.
 
Ancaq deputat 2010-cu ildə eyniadlı saytda ("Deputat Hacı Madər Musayevlə fotosöhbət" başlığı ilə gedən yazıda) onunla edilən fotosöhbətdə bir şəklin altında belə yazır: "Professor Cəlal Ağakişiyevlə xaricdə istirahətdəyik".
 
 
(http://modern.az/az/news/2512#gsc.tab=0)
 
Bundan sonra isə oxucuları haqlı olaraq belə bir sual düşündürür, Milli Məclisin 27 il deputatı olan, insanları imanlı olmağa səsləyən hacı Madər Musayev yalan danışır, yoxsa fikirləri təhrif olunub?
 
Qlobal.Az
 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook