Hacı İlham Şıxseyidovun şirkəti hakim qarşısında
Yanvar 24
12:26
2025
İş adamı Hacı İlham Şıxseyidovun rəhbərlik etdiyi "Conco” QSC ilə bağlı növbəti dəfə eyni maddə ilə cərimə protokolu yazılıb.
"Conco” ilə bağlı iş bu dəfə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib. 31 yanvar tarixində hakim Əli Məmmədovun sədrliyi ilə işə baxılacaq.
Xatırladaq ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.
Tribunainfo.az xəbər verir ki, "Conco” bu dəfə də İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.
Xatırladaq ki, QSC-nin direktoru iş adamı Hacı İlham Şıxseyidovdur. Şirkət Şuşada bərpa-quruculuqla əlaqədar elan edilən milyonluq tenderlərin qalibi olub.
Tərəfləri dinləməyə hazırıq.
Qlobal.az