SON XƏBƏR

Göyçaylı sahibkar prezidentdən kömək istəyir- ŞİKAYƏT (VİDEO-FOTOLAR )

Sentyabr 29
16:33 2016
Göyçay rayonu Bığır kənd sakini sahibkar Mayılov Çingiz Sabir oğlu inşa etdirdiyi "Çörək bişirmə” zavoduna reyestr çıxarışı ala bilmir. Buna görə narazı sahibkar ölkə başçısına video müraciət edib.
 
Qlobal.az saytının email ünvanına göndərilmiş müraciətin mətnini təqdim edirik:

Sahibkar Çingiz Mayılov video müraciətində vurğulayır ki, qanunu fəaliyyət göstərib Azərbaycan dövlətinə töhfələr verirəm.Sahibkarlıq fəaliyyəti ilə məşğul olub hər ay vaxtlı-vaxtında dövlət vergisini ödəyirəm.Göyçay rayon ərzazisində böyük motelim, quşçuluq inqubatorum, çay evi və sairə  isahibkarlıq obyektlərim hazırda fəaliyyətdədir. Sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün rayonda böyük bir çörək bişirmə zavodu inşa etdirmişəm ki, bura 500.000 manatdan çox pul xərcləmişəm.Buna görə də həmin zavodu işə salmaq üçün hazırda maddi imkanım yoxdur. Həmin çörək bişirmə zavodunda  70-80 nəfər işlə təmin ediləcək, çörəyin keyfiyyəti yüksək olacaq və qiyməti bazar qiymətindən ucuz olmaqla  bir neçə rayonun əhalisinin təlabatını ödəmək gücündə olacaq.                      
 
Güzəştli kredit almaq üçün müvafiq qrumlara müraciətlər etsəm də həmin çörəkbişirmə zavaodunun kupçası olmadığı üçün alınmamışdır. Buna görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinə müraciət etsəmdə kupça verilməsindən imtina edilmişdir. Dəfələrlə buna görə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulunda olmuşam ancaq hər dəfə düzələr deyə-deyə heç bir köməklik etməmişdir.                                                                                                                                                                         
 
Ailəmizdə hamımız Yeni Azərbaycan Partiyasının üzvüyük. İki övladım xarici ölkədə ali təhsil alırlar.Övladlarım da  öz bilik və bacarıqları ilə Azərbaycana töhfələr verəcəklər.                                                                                                                                                                                  
Cənab prezident sizdən çox-çox xahiş edirəm sahibkarlıq fəaliyyətimi genişləndirib çörək bişirmə zavodunu işə salınması üçün kupça verilməsinə köməklik edəsiniz.
 
Qlobal.az
 

 

 

 

 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook