SON XƏBƏR

Göyçayda şəhid küçələrində asfalt örtüyünün pulları mənimsənilib? - VİDEO

Mart 10
09:13 2023
Göyçay rayon Ərəbcəbirli kənd sakini Məhəmmədəli Səmədov şikayət edir ki, yaşadığı şəhid Zakir Nəcəfov və Xəyal Məmmədov küçələrinə asfalt örtüyü tam çəkilməyib. O yaşadığı küçəyə asfalt örtüyü çəkilməsi üçün dəfələrlə rəsmi qurumlara müraciət etsə də, nəticənin dəyişmədiyini bildirir.

Göyçay rayon İcra Hakimiyyətinin başçısının müavini İkram Vəliyev deyir, kəndiçi ara küçələrə, dalanlara asfalt örtüyü çəkmək bələdiyyələrin məsuliyyətindədir.
 
Ərəbcəbirli kəndinin bələdiyyə sədri Səyyaf Səmədov iddia edir ki, həmin küçəyə asfalt örtüyü çəkilib.

M.Səmədov isə kənd bələdiyyəsinin dedikləri təkzib edir.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook