SON XƏBƏR

Göyçayda rəzalət: Vətəndaş Barak Obamadan kömək istədi – VİDEO+FOTOLAR

Yanvar 25
09:42 2016
Göyçay rayonundan elektron poçtumuza maraqlı məktub daxil olub. Göyçay rayonunun Qaraməryəm kənd sakini Quliyev Səbuhi Fəxrəddin oğlu video və yazılı müraciət hazırlayaraq cumhuriyyət.az-ın elektron poçtuna göndərib və xahiş edir ki, onun müraciəti dərc olunsun və ictimailəşsin.
 
Şikayətçi bilidirir ki, Azərbaycanda tapdalanmış hüquqlarımın bərpasına görə, ABŞ prezidentindən kömək istəyir: "Dəfələrlə ölkəmizin prezidentinə, baş prokuroruna, ədliyyə nazirinə, milli təhlükəsizlik nazirinə müraciət etmişəm, ancaq pozulmuş hüquqlarımın bərpası istiqamətində heç bir irəliləyişə nail ola bilməmişəm”. S.Quliyev cumhuriyyet.az-a yazır ki, Göyçay rayon mərkəzi xəstəxanasının baş həkimi Famil Zeynalov, cərrah Famil Namazov, travmataloqlar Elman və Mərdalı, baş həkimin müavini Ləman Hacıyeva başıma qardaşımın məlum avtoqəza zamanı açdıqları oyunlarla bağlı şikayət etmişəm: "Həmin dövrdə adı çəkilən həkimlər mənim ailəmi bütünlüklə çətin duruma salıblar. Onların nəfslərinin ucbatından ailəmiz sələmə girərək böyük borca düşüb. Bizdən dövlət xəstəxanasında nə qədər rüşvət istənilib və necə alınıb, bütün bunlar barəsində lazımı sübutları əlaqədar qurumlara təqdim etmişəm. rrCərrah Famil Namazovun özünün narkotik istifadəçisi olduğu barəsində söylədiklərini audio səs yazısı şəklində istintaq orqanarına təqdim etmişəm. Baş həkimin müavini Ləman Hacıyevanın mənim korrupsiyaya qarşı mübarizə baş idarəsinə etdiyim şikayəti, mənim iştirakım və izahatım olmadan necə ört-basdır etməsi barəsində şikayət etmişəm. Bütün olanları baş həkim Famil Zeynalov ört-basdır etməyə nail olub və mənim səsim heç bir yana çatmayıb. Famil Zeynalovun arxasında səhiyyə nazirinin müavini Elsevər müəllim dayanıb. Onlar vaxtı ilə tələbə yoldaşı olublar. Məhz buna görə Famil Zeynalov baş verənləri ört-basdır etməyə nail olur və məsuliyyətdən yayına bilir. Mən bu qanunsuzluqlar barəsində daha mötəbər instansiyalara müraciət etmişəm. Mənə həmin orqanlardan cavab gəlib ki, şikayətinizə aidiyyatı üzrə baxılması üçün səhiyyə nazirliyinə göndərilir. Səhiyyə nazirliyində nazir müavini Elsevər müəllim tələbə yoldaşı Famil Zeynalovu müdafiə edərək heç bir tədbir görməyib. Bundan əlavə mən Göyçay rayon prokuroru Muxtar Eminova şəxsən rəsmi ərizə ilə müraciət etmişəm. Mən prokurorun müavini Elgiz müəllimin qəbulunda olub, bütün sübutları, video görüntüləri, səs yazılarını ona təqdim etmişəm. İşi araşdıran prokurorluq müstəntiqi Nurlan Məmmədov təqdim etdiyim sübutları kənara ataraq baş həkimin xeyrinə işi ört-basdır edib. Belə ki, hadisə baş verən vaxtı xəsarət almış Vüsalə Yəhyayevanın atası Teymur Yəhyayev mənimlə birlikdə tələb olunan rüşvəti həkimə vermək üçün video material hazırlamışıq və burada həkimə çatası pulların nömrələri tərəfimizdən qeyd edilib. Bütün bu çəkilişləri rayon prokurorluğu nəzərə almayıb, əksinə Teymur Yəhyayevdən hansısa şəraitdə izahat alıb ki, güya ondan heç bir rüşvət tələb olunmayıb və xəstəxanada xəstəsinə yaxşı baxılıb. Hadisə vaxtı Bakıdan həkim briqadası ilə birlikdə ambulansın çağırılması üçün bizdən üç min (3000) azn rüşvət istənilib. Həmin vaxt mən Teymur Yəhyayevlə birlikdə Mtn-nin rayon şöbəsinə gedərək şikayət etmişik. Ancaq təəssüf ki, bütün bunlar istintaq orqanları tərəfindən nəzərə alınmayıb. Mən bunlardan əlavə baş həkim Famil Zeynalovun digər qanunsuz əməlləri barəsində bəzi bildiyim məsələləri qeyd etmək istəyirəm. ttFamil Zeynalov bizim kimi imkansızların dərisini boğazından çıxararaq, Qəbələ rayonunda bir neçə villa tikdirib. Onun Göyçay rayonunda böyük topdan satış mərkəzi var. Qarayazı kəndi ərazisində böyük qoyun ferması fəaliyyət göstərir. Famil Zeynalov şəxsi fermasında istifadə edilməsi üçün dövlətin xəstəxanaya ayırdığı UAZ markalı avtomobili çobanlara verib. Burada qoyun saxlayan çobanların adı rayon xəstəxanasında sürücü və digər yerlərə yazılaraq, hər ay onlara əmək haqqı verilir. Famil Zeynalov rayonda sağlam gəncləri hərbi xidmətdən yayındırmaq üçün dörd min (4000) azn rüşvət alaraq onlara xəstəlik sənədi düzəltdirir və gəncləri ordu sıralarından yayındırır. Belə gənclərə sonradan Famil Zaynalov sağlamlıq arayışı verir ki, sürücülük vəsiqəsi alsın. Bu hansı qanuna, məntiqə uyğundur. Bütün bunlara həm rayon prokurorluğu, həm müdafiə nazirliyi, həm də dövlət səfərbərlik xidməti susur. Hansı ki, mən dəfələrlə onlara bu barədə müraciət etmişəm. Buna görə də mən ölkəmizdə şikayət etmədiyim ünvan qalmayıb. Şikayətlərimə baxılmadığına görə mən ABŞ prezidentindən kömək istəyirəm. Mənim səs verib seçdiyim millət vəkilim, prezidentim əgər mənim səsimə səs vermirsə onda mən nə etməliyəm?” Redaksiyadan: Yazı müəllifi Səbuhi Quliyevin iddiasında nə qədər haqlı olduğunu cumhuriyyət. az olaraq deyə bilmərik. Ancaq kiv haqqında mövcud qanunu rəhbər tutaraq onun müraciətini dərc etməkdən imtina edə bilməzdik. Qeyd edirik ki, cumhuriyyət. az olaraq biz burada tərəf deyil, yalnız informasiya ötürücü rolunu daşıyırıq. Cumhuriyyət. az olaraq yazıda adları keçən şəxsləri, dövlət qurumlarını dinləyib məmuniyyətlə onların da fikirlərini dərc etməyə hazırıq. Sonda Səbuhi Quliyevin video müraciətini tam həcmdə təqdim edirik.
 
Elçin İsmayıllı,
 
cumhuriyyət.az Göyçay-Bakı Bakı-Göyçay
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook