"Göy qübbəsi başımıza çökəcək"
Mart 17
15:40
2016
Türkiyə prezidenti dünyanı şoka salan videodan danışıb.
"Miqrantları meydanda oynadırlar. Bu, çox çirkin əməldir".
ANS PRESS-in məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O, miqrantların İspaniyada hollandlar tərəfindən məruz qaldıqları təhqiri sərt tənqid edib. "İspaniyada bir meydanda miqrantları oynadırlar. Keçmişdə çox çirkin bəzi işlər olurdu, bu gün burada nə olduğunu deməyəcəm, pul atılırdı. Eynisini Avropada utanmadan, sıxılmadan edirlər.
Biz də beynəlxalq topluma deyirik ki, əgər bu zülmü dayandırmasanız, göy qübbəsi başımıza çökəcək. Bu, bir imtahandır. Allah bizə bu imtahandan ağlıaçıq çıxmağı nəsib etsin".
Ərdoğan bazar günü Ankarada terror zamanı ölənlərin xatirəsini bir daha anıb, onlara Allahdan rəhmət diləyib. O, terror aktlarının arxasında bir məqsədin dayandığını deyib - bu da Türkiyənin zəiflədilməsidir. "Qərb terror təşkilatına yer verir. Onları yox etmək üçün nə edirlər? Terrorçular pul qaynaqlarını haradan tapırlar? Bizdə bu məlumatlar var, hər şeyi sənədlərlə sübut etmişik. Amma onların etdikləri nədir? - "atan öldü, başın sağ olsun".
Türkiyə prezidenti deyib ki, terrorla mübarizədə onların yanında olan dostu, qarşısında olan isə düşmənləridir. "Məsələ bu qədər açıq-aydındır".
Onun sözlərinə görə, terror, terror təşkilatlarına, ölkəyə yönələn təhlükələrə, təhdidlərə qarşı bir millət koalisiyası yaradılmalıdır. "Gəlin canımıza, malımıza qəsd edənlərin üzərinə birlikdə gedək. Terror təşkilatının qolu kimi fəaliyyət göstərən partiya mənsublarını siyasi aktyorlar kimi görürəm, inciməsinlər. Yəni bu çağırışım onlara aid deyil".
Qlobal.az



