SON XƏBƏR

Gövhər Baxşəliyeva: Elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədədir

Avqust 24
23:17 2016
«Elmin inkişafı daim dövlətin diqqət mərkəzindədir». Bu fikri AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövşər Baxşəliyeva deyib.
 
Gövhər Baxşəliyeva bildirib ki, elmin inkişafı ölkənin sosial-iqtisadi və mədəni inkişafı ilə sıx əlaqədədir. Onun sözlərinə görə, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan elm və təhsil siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir.
 
«Azərbaycan Prezidenti İlham Əliyev son illər ölkəmizdə elmin inkişafı, elmi-texniki potensialın qorunub saxlanılması və modernləşdirilməsi istiqamətində mühüm addımlar atır. Eyni zamanda, elm və təhsil sahəsində yüksək ixtisaslı kadrların hazırlanması, onlara daim qayğı göstərilməsi, cəmiyyətdə alimlərin, elm və təhsil işçilərinin nüfuzunun artırılması və Azərbaycanda alınmış elmi nəticələrin xaricdə tanıdılması, elmi tədqiqatların infrastrukturunun modernləşdirilməsi sahəsində bir sıra mühüm qərarlar qəbul edilib»- deyə, G.Baxşəliyeva vurğulayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook