“Gurultulu qanunlar qəbul edirik, amma ortada heç nə yoxdur“ – Deputat
Dekabr 14
20:08
2021
"Əhalinin bir hissəsinin az qala zorakılıqla təqaüdü kəsilir onlar işsiz qalır, rayonlarda işsizlikdir”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
Deputat bildirib ki, bu qanunlarla heç nəyi dəyişə bilməyəcəyik: "Gurultulu adlar altında qanunu qəbul edirik, amma ortada heç nə yoxdur. Onsuz da dolanışıq imkanı olmayan adam aylarla məşğulluq idarəsinə ayaq döyür, ortada heç nə yoxdur”.
Sabir Rüstəmxanlı sədrin çıxışına etiraz edib.



