Gürcüstanlı dizayner Rusiya pasportundan çəkmə hazırladı
İyun 07
10:38
2018
Gürcü əsilli dizayner Demna Qvasaliyanın təsis etdiyi "Vetements” brendi "Instagram” hesabında üzərində Rusiyanın dövlət gerbi və xarici pasportunun üz qabığının şəkli olan uzunboğaz çəkmə modelini təqdim edib .
Lent.ru bildirir ki, uzunboğaz çəkmənin rəng çaları da pasportun üz qabığının rənginə uyğun seçilib.
Məlumata görə, yeni model şirkətin 2018-2019 payız-qış kolleksiyasına daxil edilib və yaxın gələcəkdə satışa çıxarılacaq.
Şirkətin bu paylaşımı sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmayıb. Məsələn, yuzep michaelcoretchi maraqlanıb ki, ayaqqabının istehsalı üçün niyə gürcü pasportunun motivlərindən istifadə edilməyib?!