SON XƏBƏR

Gürcüstanın xarici dövlət borcu 17 milyard dollardan çoxdur

Aprel 04
12:40 2018
Gürcüstanın ümumi xarici borcu 17 milyard dollardan çoxdur.
 
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
 
2017-ci il dekabrın 31-nə olan məlumata görə, Gürcüstanın ümumi xarici borcu 17,2 milyard ABŞ dolları olub. Bu, ölkənin ümumi daxili məhsulunun 113,5 faizini təşkil edir.
 
Gürcüstan Milli Bankı həmçinin bildirib ki, hesabat dövründə dövlətin birbaşa xarici borcu 7,3 milyard dollar olub. Bu da ÜDM-in 48,3 faizinə bərabərdir.
 
Qalan borc isə Milli Bankın, özəl sektorun və hüquqi şəxslərin payına düşür.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook