Gürcüstanın taxıl ehtiyatı tükənib
May 13
17:28
2022
"Gürcüstanın taxıl ehtiyatı faktiki olaraq tükənib və yaxın günlərdə dəyirmanlarda iş dayanacaq".
"Report” TASS-a istinadən xəbər verir ki, bunu Gürcüstan Taxıl və Un istehsalçıları Assosiasiyasının rəhbəri Levan Silqava "İnterpressnyus”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, artıq bir neçə aydır ölkəyə buğda əvəzinə un idxal olunur: "Bu gün taxıl ehtiyatları faktiki olaraq tükənib. Gürcüstan qanunlarına əsasən, un idxalına vergi yoxdur, ancaq bir ton taxıla 120 dollar vergi tələb olunur".