Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili ümummilli lider Heydər Əliyevin məzarını və şəhidlər xiyabanını ziyarət edib
Avqust 31
11:49
2016
Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvili avqustun 31-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üstünə gül dəstələri düzülüb.
Daha sonra baş nazir Giorgi Kvirikaşvili Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.
Gürcüstanın Baş naziri "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən Baş nazir Giorgi Kvirikaşviliyə Şəhidlər xiyabanının tarixi və şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.
Qlobal.az



