Gürcüstanın Baş naziri Azərbaycana gəlir
Sentyabr 28
13:16
2021
Sabah Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov məlumat verib.
Onun sözlərinə görə, toplantıda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də iştirak edəcək.



