Gürcüstanın baş naziri Azərbaycan prezidenti ilə görüşəcək
Yanvar 20
01:15
2016
Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.
Qlobal.az "Report"-a istinadən xəbər verir ki, görüşün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunun 46-cı sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulur.
G.Kvirikaşvili İsveçrəyə yanvarın 20-də yola düşəcək və səfər 22 yanvar tarixinədək davam edəcək.