SON XƏBƏR

Gürcüstandakı aksiyalar ötən gün də davam edib - Nümayişçilər əvvəlki tələblərində israrlıdırlar

Dekabr 17
11:42 2024
Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin 2028-ci ilin sonuna qədər ölkəsində Avropa İttifaqı (Aİ) ilə danışıqlara başlanılmaması barədə qərar qəbul etməsindən sonra başlayan nümayişlər 19 gündür ki, davam edir.

Ötən Baş nazir Kobaxidzenin qərarına etiraz edən nümayişçilər parlament binası qarşısına toplaşaraq Şota Rustavelil küçəsini yenidən nəqliyyatın hərəkəti üçün bağlayıblar. Əllərində Gürcüstan və Avropa İttifaqının bayraqları olan etirazçılar hökumətə parlament seçkilərini yenidən keçirməklə bağlı çağırış ediblər. Nümayişçilər aksiyaların ilk günlərində baş verən hadisələrdə saxlanılanların azad edilməsini də tələb ediblər.

Baş nazir Kobaxidze ötən gün ölkədə nümayişlərin davam etdiyi bir vaxtda qatıldığı proqramda sözügedən məsələyə də toxunub. O, ölkəsinin 2030-cu ildə Aİ-yə üzv olması üçün fəaliyyətini davam etdirəcəyini bəyan edib.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook