Gürcüstanda “Sinopharm” preparatı ilə peyvənd vurulmasına başlanılıb
May 04
07:53
2021
Mayın 4-də Gürcüstan əhalisinin Çin istehsalı olan "Sinopharm” preparatı ilə peyvənd olunmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan İmmunizasiya portalı məlumat yayıb.
Portalın məlumatına görə, artıq 15 min 325 nəfər "Sinopharm” peyvəndini qəbul etmək üçün qeydiyyatdan keçib. Bu tip vaksini qəbul etmək üçün qeydiyyat davam edir.