SON XƏBƏR

Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi qeydə alınıb

Aprel 09
09:26 2025
Gürcüstanda kütləvi elektrik enerjisi kəsintisi baş verib.

"Report” xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

Tbilisinin bir hissəsində, Msxetada, Qoridə, Batumidə, Potidə, Borjomidə, Kutaisidə, Zuqdididə və bir sıra digər şəhərlərdə işıq yoxdur.

Tbilisi elektrik paylayıcı şirkəti "Telmiko”dan "RİA Novosti”yə bildiriblər ki, elektrik enerjisinin kəsilməsi böyük bir qəza ilə əlaqədardır.

"Tədricən, bütün gecə ərzində, elektrik təchizatı bütün abunəçilərə təmin ediləcək”, – şirkət açıqlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook