SON XƏBƏR

Gürcüstanda ərzaq məhsulları bahalaşıb

Oktyabr 03
11:32 2019
Gürcüstanda illik inflyasiya 6,4% təşkil edib.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Sentyabr ayında ölkədə istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,7% artıb.

Aylıq inflyasiya göstəricisi tütünsüz 1,8%-ə bərabər olub. İllik müqayisədə qiymətlərdə 5,7% artım qeydə alınıb.

Hesabat dövründə ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 3,3%, qənd, cem, bal, şokolad və qənnadı məmulatlarının qiyməti 1,6%, süd, pendir və yumurtanın qiyməti 8,1%, yağlarıın qiyməti 0,7%, balığın qiyməti isə 0,8% artıb.

Meyvə və üzümün qiyməti 9,8%, tərəvəzlərin qiyməti isə 2,7% bahalaşıb.

İllik inflyasiyaya gəlincə, ərzaq məhsulları və alkoqolsuz içkilərin qiyməti 11,7%, alkoqollu içkilər və tütünün qiyməti 14,6%, nəqliyyat xərcləri 3,9%, istirahət xərcləri 6,9%, səhiyyə xərcləri isə 4% artıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook