Gürcüstanda bu gün prezident seçkiləri keçirilir
Dekabr 14
10:29
2024
Gürcüstan parlamentində ölkənin altıncı prezidentinin seçkiləri başlayıb.
"Report” xəbər verir ki, prezident ilk dəfə birbaşa ümumxalq səsverməsi ilə deyil, 300 seçicidən ibarət kollegiyanın iclasında seçilir.
Kollegiyaya Gürcüstan parlamentinin 150 deputatı, Acarıstan Ali Sovetinin 21 deputatı, Abxaziya Ali Sovetinin 20 nümayəndəsi və ölkənin müxtəlif regionlarının bələdiyyə orqanlarının - rayon sakrebulosunun 109 deputatı daxildir.
Parlamentin işini boykot edən müxalifət seçkilərdə iştirak etmir. Müxalifətçilər prezidentliyə namizədlərini də irəli sürməyiblər.
Beləliklə, Gürcüstan prezidentliyinə yeganə namizəd hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyasından olan keçmiş parlament üzvü və sabiq futbolçu Mixail Kavelaşvilidir.