SON XƏBƏR

Gürcüstan, Ukrayna və Moldova baş nazirlərinin Brüsseldə görüşü hazırlanır

Noyabr 22
13:12 2021
Gürcüstan, Ukrayna və Moldova baş nazirlərinin görüşünə hazırlıq görülür.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, üçtərəfli görüşün 30 noyabr -1 dekabr tarixində Brüsseldə keçiriləcəyi gözlənilir: "Bununla bağlı ilkin razılıq əldə edilib. Bu, dekabrın 15-də Brüsseldə baş tutacaq "Şərq tərəfdaşlığı”nın zirvə görüşünə hazırlıq görüşü olacaq. Sammitdə mən də iştirak edəcəyəm”.

Xatırladaq ki, Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri bu ilin yayında Avropa İttifaqı ilə yeni əməkdaşlıq formatı – "Assosiasiyalı trio” yaradıblar.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook