Gürcüstan Prezidenti hakimiyyətə çağırış edib

Mart 09
10:35
2023
"Hakimiyyəti "xarici agentlər haqqında” qanun layihəsinin qəbuluna etiraz edənlərə qarşı güc tətbiq etməkdən çəkinməyə çağırıram”.
"Report” xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili bəyan edib.
"Bu, onların qeyri-rəsmi rusiyayönlü qüvvə olmadıqlarını nümayiş etdirmək üçün son şansdır. Bu, onların Avropayönlü olmağın boş sözlər deyil, məqsədləri olduğunu göstərmək üçün son şansdır. Hər cür güc tətbiq etməkdən çəkinsinlər, mənim onlara buradan müraciətim budur”-deyə, o bildirib.
Qeyd edək ki, son bir neçə gündür "xarici agentlər haqqında” qanunun qəbulu ilə bağlı Gürcüstanın paytaxtı Tbilisi şəhərində etiraz aksiyası keçirilir. Etirazçılar qanunun ləğvini istəyirlər.