Gürcüstan Prezidenti: “Azərbaycanla çox yaxşı münasibətlərimiz var”
İyul 22
10:09
2022
"Bizim Azərbaycanla çox yaxşı münasibətlərimiz var”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Birinci kanalda yayımlanan "Günün mövzusu” proqramına müsahibəsində deyib.
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin bu yaxınlarda Bakıda səfərdə olduğunu qeyd edən dövlət başçısı Gürcüstan hökumətinin onunla görüş imkanını qaçırmasını tənqid edib: "Biz Avropa Komissiyasının Prezidentindən xahiş edə bilərdik ki, onunla söhbət aparmağımız üçün Gürcüstana yarımsaatlıq gəlsin”.



