Gürcüstan parlamenti Aİ-nin tövsiyələri çərçivəsində üç qanunvericilik paketi qəbul edib
May 30
07:52
2024
Gürcüstan parlamenti üçüncü oxunuşda Avropa İttifaqının (Aİ) tövsiyələri əsasında üç qanunvericilik paketini nəzərdən keçirib və dəstəkləyib.
"Report” Gürcüstan KİV-ə istinadən xəbər verir ki, parlament "Xüsusi İstintaq Xidməti haqqında”, "Korrupsiyaya qarşı mübarizə haqqında” qanunlara dəyişikliklər və "Ümumi məhkəmələr haqqında” üzvi qanunlara əlavələr edilməsi barədə qanun layihələrini qəbul edib.
Səsvermədən sonra parlamentin sədri Şalva Papuaşvili bildirib ki, parlament Aİ-nin tövsiyələrinin doqquz bəndi əsasında üç mühüm qanunvericilik paketi qəbul edib.