“Gürcüstan NATO-ya üzvlüyə hazırdır” - Baş nazir
Dekabr 15
13:46
2021
"Gürcüstanın NATO-ya üzvlüyü üçün artıq bütün praktiki alətləri var”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Brüsseldə NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşdən sonra keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Alyansa üzvlük Gürcüstanın xarici və təhlükəsizlik siyasəti üçün həlledici məsələdir.
İ.Qaribaşvili qeyd edib ki, Gürcüstanın NATO-ya daxil olması haqqında siyasi qərarın hazırlanması üçün müttəfiqlərlə fəal dialoq aparılır.