Gürcüstan hərbçiləri NATO-nun Qara dənizdəki təlimlərinə qatılıb
İyun 29
11:48
2021
Gürcüstan hərbçiləri ötən gün Qara dənizdə start götürən NATO-nun "Sea Breeze-2021” çoxmillətli təlimlərində iştirak edir.
Məlumata əsasən, təlimə Sərhəd Polisinin Sahil Mühafizəsi İdarəsinin iki patrul gəmisi qatılacaq.
Müdafiə Qüvvələrinin batalyonu səhra, dalğıclar qrupu isə Odessa limanında dəniz-dalğıc təlimlərində iştirak edəcək.
"Sea Breeze -2021”ə həmçinin DİN və Müdafiə Nazirliyinin 5 zabiti də cəlb olunub.
Qeyd edək ki, ABŞ və Ukrayna hərbi dəniz qüvvələrinin birgə təşkil etdiyi təlimlərə 32 ölkə qatılıb.
İyulun 10-dək davam edəcək manevrlərə 5 minə yaxın hərbçi, 32 gəmi və 40 təyyarənin cəlb edilməsi planlaşdırılıb.