Gürcüstan “GUAM-Yaponiya” formatında əməkdaşlığı dərinləşdirəcək
Fevral 04
02:23
2021
Gürcüstanın xarici işlər nazirinin müavini Vaxtanq Maxaroblişvili Yaponiyanın bu ölkədəki səfiri Akira İmamura ilə görüşüb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflər ölkələr arasında müxtəlif sahələrdə mövcud əlaqələri nəzərdən keçiriblər və əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətindən danışıblar.



