Gürcüstan DİN valideynlərə uşaqları Tbilisidəki aksiyadan uzaqlaşdırmağa çağırıb
Dekabr 02
01:07
2024
Gürcüstanın Daxili İşlər Nazirliyi valideynləri övladlarını Tbilisidə parlament binası yaxınlığındakı aksiyadan uzaqlaşdırmağa çağırıb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
"Müxtəlif KİV-lər nümayişin keçirildiyi yerdə azyaşlı uşaqların olması barədə görüntülər yayırlar. Gürcüstan qanunvericiliyinə görə, bütün uşaqların dinc toplaşmaq azadlığından istifadə etmək hüququ var. Lakin indiki aksiyalar dəfələrlə dinc toplantı çərçivəsindən çıxıb və zorakılığa çevrilib. Uşaqlar zorakı mühitdədir və onların xəsarət alması riski yüksəkdir. Biz valideynləri uşaqları aqressiv mühitdən qorumağa çağırırıq”, - deyə nazirlik bildirib.