Gürcüstan DİN “Vahid Milli Hərəkat”ın iki üzvünü saxlayıb
Sentyabr 05
08:08
2024
Gürcüstan Daxili İşlər Nazirliyi ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat”ın iki üzvünü inzibati qaydada saxlayıb.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, Tbilisi Şəhər Şurasının deputatları İrakli Edsqveradze və İrakli Nadiradze polis əməkdaşlarının işinə mane olublar və narkotik cinayətləri ilə bağlı istintaq tədbirlərinə müdaxilə ediblər.