Gürcüstan Azərbaycanla sərhəd danışıqlarını aktivləşdirəcək
Dekabr 24
18:35
2020
"Gürcüstan hökuməti üçün dövlət sərhədlərinin delimitasiyası növbəti dörd il üçün də əsas prioritetlərdən biri olaraq qalacaq”.
"Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri vəzifəsinə namizəd Giorgi Qaxariya parlamentdə Azərbaycan və Ermənistanla sərhədlərin müəyyən edilməsi ilə bağlı suala cavabında deyib.
Onun sözlərinə görə, bu məsələdə ilk növbədə milli maraqların qorunması və mehriban qonşuluq münasibətləri arasında düzgün tarazlıq başlanğıc nöqtə olacaq.



