Gürcüstan Azərbaycanla qaz alışı üzrə qarşılıqlı faydalı razılaşmaya ümid edir
Dekabr 17
07:28
2025
Ümid edirik ki, Azərbaycanla qaz alışı üzrə razılığa gələcəyik.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.
Onun sözlərinə görə, Azərbaycanla bütün məsələlər üzrə danışıqlar aparılır.
Qeyd edək ki, Azərbaycanla Gürcüstan arasında Cənub Qaz Dəhlizi ilə qaz tədarükü üzrə sazişin müddəti 2026-cı ilin sonunda başa çatır. Sazişə əsasən, Gürcüstan Azərbaycan qazının Türkiyə və Avropaya tranziti əvəzində müəyyən həcmdə qazı güzəştli qiymətə alır.



