"Gürcü Arzusu” prezidentin impiçmenti ilə bağlı Konstitusiya Məhkəməsinə imzaları təqdim edib
![](https://qlobal.az/photo/680x365/2023-09/1694507773_a427f5ae-19e5-4562-81d0-439d5d1141c1.jpg?1722041631)
Sentyabr 12
12:35
2023
Gürcüstanın hakim "Gürcü Arzusu - Demokratik Gürcüstan" partiyası Prezident Salome Zurabişvilinin impiçmenti üçün toplanmış imzaları Konstitusiya Məhkəməsinə təqdim edib.
Qeyd olunub ki, impiçment təklifi hakim partiyanın sədri İrakli Kobaxidze, eləcə də buna səlahiyyəti olan 4 deputat tərəfindən verilib.
Zurabişvilinin vəzifədən kənarlaşdırılmasına dəstək üçün toplanan imzaların Konstitusiya Məhkəməsində qeydə alınması prosesi gedir.