Güneyli fəllar Ağ Ev qarşısında aksiya keçirib
Noyabr 15
14:47
2015
Güneyli fəllar Ağ Ev qarşısında aksiya keçirib (FOTOLAR)
ABŞ paytaxtı Vaşinqton və ətraf ştatlarda yaşayan bir qrup güneyi fəal İranda etnik Azərbaycan türklərinin hüquqlarının pozulması məsəsinə diqqət çəkmək üçün Ağ Ev qarşısında aksiya keçirib.
Aksiya iştirakçıları İranın Kanal 2 televiziyasında keçən həftə yayınlanan proqramda Azərbaycan türklərinin təhqir olunmasına etiraz bildirərək, azərbaycanlılara qarçl ayrı-seçkiliyə son qoyulmasına çağırıb.
Güneyli fəallar əllərində üzərində "İranda etnik azərbaycanlılara qarşı zülmü qınayın", "Azərbaycanlılara qarşı təqiblərə göz yummayın", "Həbs edilmiş etnik azərbaycanlılara azadlıq" kimi şüarlar yazılmış plakatlar tutublar.

/Amerikanın səsi/



