“Günəşli” yatağında yeni quyu qazılır
Dekabr 19
12:19
2015
"Günəşli” yatağındakı 11-ci özüldə 30 nömrəli quyuda qazma işlərinə başlanılıb.
Qlobalinfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Azneft” İstehsalat Birliyi "28 May” neft və qazçıxarma idarəsinin sifarişi ilə "SOCAR AQŞ” Müştərək Müəssisəsi tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 4 min 100 metrdir. Quyudan sutkada 80 min kubmetr qaz və 15 ton neft hasil olunacağı nəzərdə tutulur.