SON XƏBƏR

"Günəşli" yatağında təmir-bərpa işlərinə başlanılacaq

Fevral 11
17:33 2016
"Günəşli" yatağındakı 10-cu dəniz özülündə yanğın söndürüldükdən sonra platformada təmir- bərpa və quyuların yenidən xəttə qoşulması istiqamətində işlərə başlanılacaq, Azneft İstehsalat Birliyi deyir. Azərbaycan Dövlət Neft Şirkətinin məlumatına görə, 2 aydan çoxdur davam edən yanğın çərşənbə axşamı tam söndürülüb. Günəşli yatağında yanğın ötən ilin dekabrın 4-də platformada baş vermiş qəza nəticəsində başlayıb. Həmin zaman özüldə 63 nəfərin olduğu bildirilib. Bu günədək 33 nəfər xilas edilib, 12 nəfərin cəsədi tapılıb, 18 nəfər isə itkin hesab olunur. Azneft İstehsalat Birliyindən BBC Azərbaycancaya deyilib ki, itkin düşınlərin axtarışı hələ də davam etdirilir. Qurum təmir müddətində özülə dəyən ziyanın hesablanacağını və təmirdən sonra hasilatın davam etdiriləcəyini də bildirib (BBC).


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook