Gündüz Məmmədov beynəlxalq istintaq qrupunun rəhbəri oldu - Vurulan təyyarənin tədqiqatı ilə bağlı
Mart 09
08:43
2020
Ukrayna Baş prokurorunun müavini Gündüz Məmmədov MH17 işi üzrə Ukraynadan olan beynəlxalq istintaq qrupuna rəhbərlik edəcək. Virtualaz.org bildirir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti "Facebook" səhifəsində məlumat yayıb.
Qurumdan bildirib ki, 8 mart 2020-ci ildə Amsterdamda Ukraynadan olan Birgə İstintaq Qrupu üzvlərinin yenilənmiş siyahısı qəbul edilib və təsdiqlənib. Belə ki, hesabata görə, JİT-ə Ukrayna Baş Prokurorluğundan 4 nümayəndə daxil edilib və qrupa Baş prokurorun müavini Gündüz Məmmədov, hansı ki, beynəlxalq cinayətlərin istintaqını mərkəzi səviyyədə əlaqələndirir, rəhbərlik edir. Mətbuat xidməti onu da qeyd edib ki, Ukrayna qrupunda belə yüksək səviyyə ilk dəfə təmin olunub.



