SON XƏBƏR

“Gündəlik Bakı”nın redaksiyasına hücum olub (VİDEO)

Noyabr 05
12:17 2021
Noyabrın 3-dən 4-nə  keçən gecə "Gűndəlik Bakı" qəzetinin yerləşdiyi ofisə basqın olub. 

Qaynarinfo-nun verdiyi xəbərə görə, cinayətkar dəstə ofisin qapılarını sındırmağa cəhd etsə də alınmayıb, məcbur olub pəncərənin dəmir barmaqlıqlarını xűsusi alətlə kəsərək ofisin binasına daxil olublar.  

Qəzetin rəhbəri Habil Vəliyev bildirib ki, "əməkdaşımız səhər saat 10 radələrində işə gələrkən redaksiyaya basqın olduğunu görűb və bu barədə DİN-ə məlumat verib. DİN əməkdaşları redaksiyaya gələrək əl izlərini götűrűb və ilkin təhqiqat aparıblar. İlkin təhqiqat zamanı məlum olub ki, redaksiyadan muəyyən  avadanlıqlar, qiymətli əşyalar, pul vəsaiti oğurlanıb. Redaksiyanın texniki bazasına ciddi ziyan dəyib. Son günlər televiziyamızda və  saytımızda dərc olunan ciddi tənqidi araşdırma yazıları hansısa qűvvələri narahat etməyə başlayıb. Ona görə də belə bir hücuma məruz qaldıq. Umid edirik ki, yaxın zaman kəsiyində hüquq-mühafizə orqanlarının əməkdaşları mütəşəkkil cinayətkar qruplaşmanı aşkarlayaraq layiq olduqları cəzanı verəcəklər". 
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook