SON XƏBƏR

”Günay Musayeva ilə bağlı tədbir görülməlidir” - Millət vəkili

Yanvar 25
19:09 2016
"Bu stil mənim” verilişində türk dilində danışan model Günay Musayeva ilə bağlı tədbir görülməlidir”.
 
Qlobal.az-ın məlumatına görə, bunu aznews.az-a açıqlamasında millət vəkili Nizami Cəfərov ATV kanalında yayımlanan "Bu stil mənim” verilişindəki qalmaqalı şərh edərkən deyib. Deputat bildirib ki, Azərbaycanın dövlətinin öz dili var və bütün televiziya və radiolar da bu dildə danışmalıdır: "Televiziyada başqa dildə danışmaq olmaz. Əgər danışan şəxs Azərbaycan dilini bilmirsə, bu zaman da tərcüməçilərdən istifadə olunmalıdır. Dəb xatirinə başqa dildə danışmaq olmaz. Dövlət dili haqqında qanun var”.
 
N.Cəfərovun fikrincə, yaranmış vəziyyətdə ATV kanalı bir tədbir görməyibsə, o zaman məsələyə Milli Televiziya və Radio Şurası müdaxilə etməlidir: "Bu məsələdə mübahisə etməyin yeri yoxdur, hər şey ortadadır. Televiziya vəziyyətin daha da pisləşməməsi üçün mütləq bunu müzakirə edib həll etməlidir. Ortada ictimai rəy var”.
 
Xatırladaq ki, ATV kanalında "Bu stil mənim” verilişində iştirakçı Günel Məmmədova ilə münsif üzvü Günay Musayeva arasında qalmaqal yaşanıb. İştirakçını tənqid edən G.Musayevanın yerli proqramda Türkiyə türkcəsində danışması da birmənalı qarşılanmayıb.
 
Milli Televiziya və Radio Şurası (MTRŞ) isə baş vermiş qalmaqalla bağlı kanal təmsilçiləri ilə müzakirələr aparıldığını bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook